ELAZ.İNFO xəbər verir ki, ŞƏT ölkələri Euroclear və Clearstream-i əvəz edəcək bir depozitar yaradacaq. Bu funksiya Şanxay Əməkdaşlıq Təşkilatının yeni İnkişaf Bankı (İB) tərəfindən həyata keçirilməlidir.
Rusiya və Çin artıq İB-nin konsepsiyası üzərində fəal şəkildə işləyirlər. Bank dollar və avro ilə işləməyəcək. Bununla da Qərbin tranzaksiyaları izləmək imkanı yox olacaq, bütün maliyyə sanksiyaları mənasızlaşacaq.
Məlumat üçün bildirək ki, Avropa qızıl yumurta verən toyuğunu kəsmək üzrədir. Bu toyuq onlara belə tox həyat yaşamağa imkan verirdi. İB yaranan kimi bütün qeyri-Qərb aktivləri Qərbdən Şərqə köçəcək… və Qərbin çökməsi sürətlənəcək.
Asif ŞƏFƏQQƏTOV