Avropa parlamentində siyasi zəlzələ Macarıstanın səs hüququnun alınması prosesi başlayır Avropa İttifaqı daxilində görünməmiş böhran yaşanır. Bir qrup AP deputatı, Macarıstanın Aİ-dəki səs hüququnun məhdudlaşdırılması üçün 7-ci maddənin (Article 7) ən sərt mərhələsinin aktivləşdirilməsini tələb edən rəsmi vəsatət hazırlayıb.
ELAZ.İNFO xəbər verir ki, Viktor Orban hökumətinin Aİ-nin Ukrayna üçün nəzərdə tutulan strateji yardımlarını davamlı olaraq veto etməsi və Brüsselin qərarlarını bloklamasıdır. Bu dəfəki təşəbbüs təkcə siyasi bəyanat deyil, həm də Macarıstanın Aİ Şurasındakı qərarvermə prosesindən tamamilə kənarlaşdırılmasını hədəfləyən hüquqi addımdır.Əgər bu baş tutarsa, bu, Aİ tarixində bir üzv dövlətə qarşı tətbiq edilən ən ağır sanksiya olacaq.Macarıstan Azərbaycanın Avropadakı ən yaxın strateji müttəfiqlərindən biridir və onun Aİ daxilində zəifləməsi regiondakı bəzi diplomatik balanslara təsir edə bilər.
Ruslan MƏMMƏDOV


