“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi layihənin icrasına başlamışdır

ELAZ.İNFOBAKI, 26.05.2025.

ELAZ.İNFO xəbər verir ki,“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara ictimai diqqətin artırılması” layihəsinin icrasına başlamışdır. Layihənin müddəti 2 aydır.

 Layihənin əsas məqsədi – xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və psixoloji reabilitasiyasının  gücləndirilməsidir

Layihə çərçivəsində 20 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar (autizm, daun sindromu, mikrosefaliya, uşaq serebral iflici, əqli gerilik, nitq qüsuru, nitq ləngiməsi) üçün fərdi intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunacaqdır. Qeyd etmək lazımdır ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonların xüsusi qayğıya ehtiyacı olan uşaqları da cəlb olunmuşdur.

Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf  hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri  yaranacaqdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

ELAZ.İNFO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights