Avropa İttifaqı ilə ABŞ arasında imzalanmış ticarət sazişi real deyil

ELAZ.İNFO xəbər verir ki, Qərb mətbuatı Avropa İttifaqı ilə ABŞ arasında bu yaxınlarda imzalanmış ticarət sazişinin real olmadığını yazır.

Britaniyanın “Financial Times” qəzeti qeyd edir ki, saziş “heç bir məntiqə sığmır”, çünki Brüssel üç il ərzində 750 milyard dollar dəyərində Amerika enerji resurslarının alınması şərtlərini yerinə yetirə bilməyəcək.

Amerikanın “Politico” jurnalı da Aİ-nin ABŞ-la əldə etdiyi razılaşmanın şərtlərini “fantastik” adlandıraraq, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin verdiyi vədi yerinə yetirmək üçün Aİ ölkələrinin üç il ərzində ABŞ-dan enerji idxalını təxminən üç dəfə artırmalı olacağını bildirib.

Politico-ya görə, Aİ ölkələri 2024-cü ildə cəmi 375 milyard avro dəyərində enerji resursları satın alıb ki, bunun yalnız 76 milyard avrosu ABŞ-dan gəlib.

Avropa öz idxalını artırmaq istəsə belə, Aİ-nin bu şirkətlərə Amerikadan daha çox enerji almağı əmr edə biləcəyi mexanizmdən xəbərim yoxdur. Şirkətlər öz səhmdarları qarşısında ən ucuz xammalı almaq üçün məsuliyyət daşıyırlar.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights