Atom bombası Yaponiyanı təslim olmağa məcbur edə bilmədi

ELAZ.İNFO xəbər verir ki, 1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qaldı.

Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Hiroşima şəhərinə “B-29” təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət idarə heyətinin olduğu Birləşmiş Ştatlara məxsus “Balaca oğlan” adlı təyyarədən 5 tonluq atom bombasını Hiroşimaya buraxmışdı. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu.

Faciəli partlayışdan sonra Yaponiya qeyri-şərtsiz Amerikaya təslim olmuş, Günəşin oğlu adlandırılan Yapon İmperatoru Hirohito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı.

Yeri gəlmişkən qeyd edək ki, atom bombası Yaponiyanı təslim olmağa məcbur edə bilmədi. Müharibə bu bombalardan sonra da davam etdi. Amma Yaponiyanı təslim olmağa sovet əsgəri məcbur etdi.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights