Sosial mediada son aylar qadınlarla bağlı müxtəlif fikirlər səsləndirlər. Bəziləri qadınları ittiham edirlər, bəziləri onları zəif cins hesab edirlər. Mən isə Oğuz-Kayı boyundan qalan bir misalı yazmaq istəyirəm:
“Hər bir KİŞİNİN böyük vəzifəsi QIZLAR dünyaya gətirməkdir, çünki onlar qədim soyumuzu davam etdirmək üçün uşaq dünyaya gətirən ANA-dırlar”
Azərbaycan qadınları barədə isə qədimdən sovet işğalına qədər coğrafiyamızda olmuş bir adəti yazmaq istəyirəm. Etnik kimliyindən asılı olmayaraq bizim coğrafiyada yaşayan xalqlarda əgər KİŞİ müharibəyə gedib orda ölürdüsə evin QADINI onun paltarını divardan asardı və onun cibinə pul qoyardı. Övladları ondan pul istəyəndə:
“Atanın cibindən al” deyərdi.
Bunu ona görə edirdilər ki, atalarının adı evdə daim hallansın və övladlar Ataları kimi mərd və cəsur böyüsünlər.
Baxın Azərbaycan qadını budur. Azərbaycan ANAsı budur. Ona görə nə qədər danışırsınız qadınlar barədə danışın. Yel Qayadan heç nə aparmadığı kimi o sözlər də Azərbaycan qadının heç kölgəsinə təsir edə bilmir!
Prof.Dr.Zaur Aliyev