ELAZ.İNFO xəbər verir ki, İbrahim Tatlısəs mirasını Dilan Çıtak və Ahmet Tatlısəsə verməyəcəyini açıqlayıb.
Tatlısəs ailəsində böhran davam edir. Ahmet Tatlısəsin oğlu babası ilə bağlı şok açıqlamalar verib. Mert Tatlısəs “Atamı öldürmək üçün qatil tutduğunu bilirəm. Bunu atama özü deyib. Səs yazıları var” deyib.
İbrahim Tatlısəsin nəvəsi Mert Tatlısəs atasının bütün maddi itkilərinin arxasında qadınların olduğunu iddia edərək, “İbrahim bəy evləri, maşınları qadınların adına qoyur. Sonra “aldadıldım” deyib çıxır”.
Bu barədə İbrahim Tatlısəsin nəvəsi Mert Tatlısəs öz sosial şəbəkə hesabında qeyd etmişdir.
Aydan