ELAZ.İNFO xəbər verir ki, İsrail ABŞ-ın İranla atəşkəs təklifi ilə razılaşıb, lakin atəşkəs rejiminin hər hansı pozulmasına qarşı “sərt cavab verəcək”.
İsrail mediası yazır ki, atəşkəs təklifi ilə bağlı Baş naziri ABŞ prezidenti Donald Trampa öz təşəkkürünü bildirib.
Baş nazir söyləyib ki, “İsrail müdafiə sektorunda göstərdikləri dəstəyə və İranın nüvə təhlükəsinin aradan qaldırılmasında iştirakına görə prezident Trampa və ABŞ-a təşəkkür edir. İsrail əməliyyatın bütün məqsədlərinə nail oldu. İsrail həm nüvə, həm də ballistik raket sferasında iki birbaşa təhlükəni aradan qaldırdı”.
İslam MAHMUDOV