Astronavtların sevimli yeməyi hansıdır?

ELAZ.İNFO xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyada (BKS) qida seçimləri ilə bağlı maraqlı faktlar üzə çıxıb. Qida Konsentratı Sənayesi və Xüsusi Qida Texnologiyaları Elmi-Tədqiqat İnstitutunun bölmə rəhbəri Andrey Vedernikov kosmonavtların və astronavtların menyu sirlərini paylaşıb.

Məlum olub ki, xarici astronavtlar Rusiya mətbəxinə biganə deyillər. Onların favoritləri arasında rassolnik, xarço və əlbəttə ki, məşhur borş şorbası var. Lakin bir təam var ki, o, bütün siyahıda liderdir: Qozlu kəsmik. Rus kosmonavtları isə əksinə, xarici həmkarlarının rasionundan olan tun balığı salatlarına, ekzotik meyvələrə və yüksək keyfiyyətli mal əti steyklərinə daha çox üstünlük verirlər.

Vedernikovun sözlərinə görə, kosmosda qidalanma artıq daha rəngarəngdir. Hazırda rusiyalı kosmonavtlar 16 günlük yerli rasiona əlavə olaraq, 7 günlük Amerika menyusundan da istifadə edirlər. Bu “qarışıq sistem” kosmosda uzun müddət qalan mütəxəssislərin həm fiziki, həm də psixoloji sağlamlığı üçün vacib olan dad müxtəlifliyini təmin edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights