“Aşpazlıq” və “Qənnadıçılıq”kurslarının müdavimlərinə usta dərsləri keçildi

ELAZ.İNFO xəbər verir ki, avqustun 5-də Xanədan etno restoranında dünya şöhrətli restorator və usta aşpaz, TAŞPAKONun vitse prezidenti əfsanəvi Türk sənətkarı Mehmet Sait Önder Dövlət Məşğulluq Agentliyinin AMKA -dakı “Aşpazlıq” və “Qənnadıçılıq”kurslarının müdavimlərinə dərs və usta siniflər keçib.

Azərbaycanın Mlli Mətbəxi Assosiasiyasının prezidenti, tanınmış aşpazı Tahir Əmiraslanov bildirir ki, Usta aşpazın bişirdiklərinin içərisində “Şaftalı kabab” daha çox marağımızı cəlb etdi. Düzdü, kababda şaftalı istifadə edilmir, amma adı belədir. Yeri gəlmişkən bildirim ki, bu xörəyin Fransadan Türkiyəyə gəldiyi deyilir. Lakin adı, tarixi və etnologiyası tədqiq edilməlidir.”

Tahir Əmiraslanov bildirdi ki, ustamıza diplom və QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə 2022-ci ildə nəşr etdiyimiz “Qarabağ Mətbəxinin İnciləri” kitabımızı təqdim etdik” .

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights