ELAZ.İNFO xəbər verir ki, Xanədan etno restoranında Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiyasındakı “Aşpaz” və “ Qənnadçı” kurslarının müdavimləri praktik işlərdən imtahan verirlər. İmtahanları kurslarda dərs deməyən məşhur ustalarımız qəbul edir.
“Azərbaycan Milli Kulinariya Assosiasiyası”nın prezidenti Tahir Əmiraslanov söyləyib ki, bu gün praktika imtahanlarını qəbul edən dünya şöhrətli usta sənətkar və mütəxəsislərimiz Leyla xanım Rəhimli, Ismayilov Firdovsi, Suleymanova Simuzər, Mirabdulla Kazimov bizimlə birgədirlər.
İmtahan komissiyasının üzvlərinə dərin minnətdarlığımızı bildirir, müdavimlərimizə uğurlar arzulayır, Dövlət Məşğulluq Agentliyinə bizə göstərdikləri etimada görə təşəkkürlərimizi ifadə edirik”.
İlahə BAYINDIR