Asif Şəfəqqətov: -“Qərb açıq şəkildə bu əməllərinə görə Mossada heyranlığını bildirir”

Məlum olduğu kimi iyun ayında İsrail İranın 14 nüvə fizikası alimini evində ailəsi, bəzən qonşuları ilə birlikdə dron-raket zərbələri ilə öldürdü.

Bununla əlaqədar siyasi şərhçi Asif Şəfəqqətov ELAZ.İNFO-ya bildirib ki, “İsrail rəsmiləri bu hadisədən fəxrlə danışırlar. Qərb açıq şəkildə bu əməllərinə görə Mossada heyranlığını bildirir. Amma indiyəcən nə bir Avropa ölkəsi, nə də bir rəsmisi deməyib ki, bu terror əməlidir, bu sanksiyanı verən ölkə isə terrorçu ölkədir”.

A. Şəfəqqətov daha sonra qeyd edib ki, “indi təsəvvür edin ki, eyni hadisə İsraildə və ya Qərbdə hansısa xarici ölkə xüsusi xidməti tərəfindən bir alimə qarşı demirəm, adi bir vətəndaşa qarşı törədiləydi… O zaman nə baş verərdi?”

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights