Asetaminofenin istifadəsi uşaqlarda autizm ehtimalını artırır?

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp iddia etmişdi ki, hamiləlik dövründə Tylenol dərmanının aktiv tərkib hissəsi olan asetaminofenin istifadəsi uşaqlarda autizm ehtimalını xeyli artırır.

Hamiləlik dövründə Tylenolun istifadəsinə qarşı sağlamlıq tövsiyəsi veriləcəyini deyən Tramp, ağrıkəsicilərə ehtiyacı ola biləcək qadınlara da “dişlərini sıxmağı” tövsiyə edib.

O əlavə edib ki, “Autizm tamamilə nəzarətdən çıxıb. Düşünürəm ki, bunun bir səbəbi var.”

ÜST bu iddialara aşağıdakı açıqlama ilə cavab verib:

-“ÜST vurğulayır ki, autizm ilə hamiləlik dövründə parasetamol kimi də tanınan asetaminofenin istifadəsi arasında mümkün əlaqəni təsdiqləyən qəti elmi dəlil yoxdur.”

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights