ELAZ.İNFO xəbər verir ki, 21 avqust 2025-ci il tarixində “Xanədan” etno-restoranında Azərbaycan Respublikası Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı “aşbaz” və “qənnadçı, şirniyyatçı” ilk peşə hazırlıq kurslarının müdavimlərinə təhsili bitirdikləri ilə bağlı sertifikatlar təqdim edilib.
Tədbirdə müdavimlərə Usta siniflər keçmiş, imtahan komissiyasının üzvləri , təcrübə rəhbərləri olmuş məşhur usta aşpazlar və qənnadçılar iştirak etdilər.
Dünya şöhrətli sənətkarlarımız Oruc Əliyev, Simuzər Süleymanova, Firdovsi İsmayılov, Mirabdulla Kazimov, Peşakar Qənnadçılar Birliyinin sədri Eynur Nağdəliyev , “Qərbi Azərbaycanın şirin inciləri” kitabın əsas mənbələrdən olan Elmira xanım Hüseynova gənc həmkarlarımıza xeyir dua verdilər AMKA-nın ilk peşə hazırliq kurslarının təşkilində fəal əməkdaşılığına görə peşakar aşpazlar, qənnadçılar, müdavimlərin təcrübə keçdikləri “Başkent”, “Tonqal”, “Black Chef” restoranların və “Cake Lab”, “Amoris” şirniyyat evlərinin sahibləri, “Zənqəzur TV” və “Qərbi-Azərbaycan TV” əməkdaşları təşəkkürnamə ilə təltif olundular.
AMKA-nın Prezidenti Tahir Əmiraslanov göstərilən dəstəyə və etimada görə Dövlət Məşğulluq Agentliyinə səmimi minnətdarlığını ifadə etdi.
İlahə BAYINDIR