Artit oynaq qığırdağında degenerativ prosesin meydana gəldiyi bir xəstəlikdir. Bədən çəkisinin çox olması, oynaqların həddindən artıq istifadəsi və s. artroza səbəb ola bilər.
Atroz ağrısı hərəkətlə artır, amma istirahətlə azalar. Oynağın ətrafındakı toxumalar şişir və zamanla oynaqda deformasiya yaranır. Oynaqda inflammasiya yaradan xəstəlikdən sonra qığırdağın parçalanması nəticəsində əmələ gəlir. Ağrı həm hərəkət, həm də istirahət zamanı olur. Xəstələr səhər kəskin ağrı ilə oyanırlar. Oynaqlarda yanma hissi, ağrı, sərtlik, qızarıqlıq, gecə ağrısı və istirahətlə ağrı olur.
Məlumat üçün bildirim ki, 200-ə yaxın artrit xəstəliyi vardır (osteoartrit, revmatoid artrit, travma sonrası artritlər, metabolik, endokrinoloji, genetik və s. xəstəliklər sonrasında əmələ gələn artritlər).
Artroz oynaqların geniş yayılmış xəstəliyidir. Birləşmiş Ştatlarda bu xəstəlik əhalinin 7%-də müşahidə olunur. Rusiya mütəxəssisləri də oxşar rəqəmləri səsləndirirlər. Ölkəmizdə də bənzər nəticələr bildirilir. Qadınlar və kişilər artrozla eyni intensivlikdə xəstələnirlər; lakin cavan xəstələr arasında kişilər; yaşlılar arasında isə qadınlar üstünlük təşkil edir.
Adilə VƏLİYEVA