Artıq çəki, yoxsa piylənmə? Arasındakı fərqi və mübarizə yollarını öyrənin

Dünyada piylənmədən əziyyət çəkənlərin sayı bir milyarddan çoxdur. Statistikaya görə, əhalinin böyük bir hissəsi normal bədən çəkisi indeksindən (İMT) kənara çıxır. Bəs artıq çəki ilə piylənmə arasındakı sərhəd haradadır?

Çəkini qiymətləndirmək üçün ən çox Bədən Çəkisi İndeksindən (İMT) istifadə olunur. İMT = Çəki (kq) / Boy (m)² Artıq çəki: İMT 25-dən yuxarı olduqda. Piylənmə: İMT 30-dan yuxarı olduqda. Daha müasir üsul olan bioimpedansmetriya bədəndəki artıqlığın piy, əzələ, yoxsa ödem (su yığılması) hesabına olduğunu dəqiq göstərir.

  1. Ürək-damar xəstəlikləri: Hipertoniya və infarkt riskini kəskin artırır.
  2. Onkologiya: Piylənmə dərəcəsindən asılı olaraq xərçəng riskini 30-70% yüksəldir.
  3. Şəkərli diabet: Hüceyrələrin insulinə həssaslığını azaldaraq Tip 2 diabetə yol açır.
  4. Reproduktiv problemlər: Kişilərdə erektil disfunksiya, qadınlarda isə sonsuzluq riskini artırır.
  5. Psixoloji pozuntular: Depressiya, təşviş və qidalanma pozuntularına səbəb olur.Əsas səbəb qəbul edilən kalori ilə xərclənən enerji arasındakı disbalansdır. Lakin digər amillər də mühümdür: Yuxusuzluq: Toxluq (leptin) və aclıq (qrelin) hormonlarının balansını pozur. Hormonal faktorlar: Qalxanvari vəz və böyrəküstü vəzilərin sağlamlığı birbaşa çəkiyə təsir edir. Psixoloji aclıq: Yeməyin emosional sığınacaq kimi istifadə edilməsi.

Artıq çəki ilə necə mübarizə aparmalı? Qidalanma (Pəhriz yox, həyat tərzi!) Tədqiqatlar göstərir ki, kalori kəsiri (defisiti) idmandan daha effektivdir. Harvards sayağı boşqab modeli: Boşqabın yarısını tərəvəz və meyvə, dörddə birini zülal (ət, balıq), dörddə birini isə karbohidratlar (tahıllar) təşkil etməlidir. Zülal norması: Hər kq çəkiyə 1.2–1.6 qram zülal aclıq hissini azaldır.

2. Fiziki aktivlik İdman təkbaşına çox çəki atdırmasa da, bədən keyfiyyətini yaxşılaşdırır və diabet riskini azaldır. Həmçinin stress hormonu olan kortizolu aşağı salır.

3. Yuxu rejimi Gündəlik cəmi 1 saat əlavə yuxu kalori qəbulunu azaldır. Keyfiyyətli yuxu üçün otağın qaranlıq olması və yatmazdan əvvəl telefonlardan uzaq durmaq vacibdir. Artıq çəki sadəcə “iradəsizlik” deyil, kompleks bir sağlamlıq problemidir. Bu yolda həkim, psixoloq və məşqçi dəstəyi almaq uğurun açarıdır.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights