Artıq beynəlxalq qurumlar da mollalaşıblar…

Sözün düzü, “Urmu gölünün xilası üçün beynəlxalq qurumlara çağırış edildi” xəbərini eşidəndə ilk başdan sevindim və elə düşündüm ki, yəqin molla hökuməti nəhayət insafa gəlib, bu gölün xilası üçün hərəkətə keçib.

Lakin xəbərin davamını izləyəndə gördüm ki, burada söhbət rəsmi Tehranın yox, bir qrup tədqiqatçı və ekoloqların, ekspertlərin BMT və beynəlxalq təşkilatlara müraciət etməsindən gedir.

Həmin o bir qrup tədqiqatçı və ekoloqlar BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Ramsar Konvensiyasının Katibliyi, BMT-nin Davamlı İnkişaf Komissiyası (CSD), Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), Dünya Bankı, Qlobal Ətraf Mühit Fondu (GEF) kimi nüfuzlu qurumlara üz tutaraq, onları Urmu gölünün qurumasının və ekoloji fəlakətin qarşısını almaq üçün prosesə təcili müdaxilə etməyə çağırış ediblər.

Bəs, adı çəkilən beynəlxalq qurumlar necə, onlar bu çağırışa çevik reaksiya verəcəklərmi?

Məncə, yox!

Çünki bu məsələ molla hökumətinin vecinə deyilsə, Urmunun taleyi BMT və digər bürokratik qurumlara heç dünəndən lazım deyil.

Təəssüf ki, artıq beynəlxalq qurumlar da mollalaşıblar…

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights