“Arpaçay Open” Beynəlxalq Karate Turniri uğurla başa çatdı

Qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Arpaçay Open” Beynəlxalq Karate Turniri uğurla başa çatdı.

ELAZ.İNFO xəbər verir ki, tədbirdə şəhid Şahmarlı Vüsalın valideynləri Mərdan bəy və Sevər xanım, iki şəhid bacısı, doktor terapevt Məhəbbət Paşayeva iştirak edərək, bu mənalı turnirə xüsusi ruh və dəyər qatdılar. Şəhid ailələrinin iştirakı tədbirin əsas mahiyyətini — Vətənə sədaqəti və qəhrəmanlarımızın əziz xatirəsinə olan dərin ehtiramı bir daha nümayiş etdirdi.

Çıxışlar zamanı vurğulandı ki, ölkə başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəhidlərə və qazilərə göstərdiyi daim diqqət və qayğı, eyni zamanda Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin də bu istiqamətdə həssas və məsuliyyətli mövqeyi hər zaman diqqət mərkəzindədir.

Tədbirə xüsusi rəng qatan bütün qonaqlara və fəxri qonaqlara, millət vəkillərinə, federasiya rəhbərlərinə, idman camiəsinin nümayəndələrinə və ən əsası baş tacımız olan şəhid ailələrinə hər birinə dərin təşəkkürümüzü bildiririk. Bu cür tədbirlərdə göstərilən birlik və həmrəylik xalqımızın gücünü bir daha ortaya qoyur.

Cavid ƏLİYEV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights