ELAZ.İNFO xəbər verir ki, Xırdalanda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi sexi dayandırılıb
Abşeron rayonu, Xırdalan şəhərində Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb, nümunələr götürülərək laborator müayinələrə verilib.Araşdırmalar davam etdirilir.
Aydan


