Aqrar Sahəyə İxtisaslı Kadrlar Yetişdiriləcək

Peşə Təhsili üzrə Dövlət Agentliyi “Zəfər Bağları” MMC ilə əməkdaşlıq əlaqələrini daha da gücləndirmək üçün vacib görüş keçirib. Məqsəd aqrar sahə üzrə peşə təhsilini müasirləşdirmək, tələbələrin real iş mühitində təcrübəsini təmin etmək və əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrlar yetişdirməkdir.

ELAZ.İNFO xəbər verir ki, görüş çərçivəsində tərəflər aqrar sektor üçün peşə təhsilinin keyfiyyətinin artırılması yollarını müzakirə ediblər. Əsas diqqət istehsalat təcrübələrinin təşkili və birgə təşəbbüslərin həyata keçirilməsinə yönəldilib. Görüşdə kənd təsərrüfatı ixtisasları üzrə tədris proqramlarının yenilənməsi məsələsi xüsusilə vurğulanıb. Planlaşdırılır ki: Tələbələr “Zəfər Bağları” MMC-nin müəssisələrində real iş mühitində istehsalat təcrübəsi keçsinlər. Əmək bazarının cari və gələcək tələblərinə uyğun ixtisaslı kadr hazırlığı təmin edilsin. Peşə təhsilinə marağı artırmaq üçün stimullaşdırıcı tədbirlər həyata keçirilsin. Məzunların məşğulluq imkanları genişləndirilsin.

Tərəflər aqrar sahənin inkişafına və dayanıqlı kadr potensialının formalaşdırılmasına töhfə verəcək əməkdaşlığın genişləndirilməsi barədə yekdil razılığa gəliblər. Bu əməkdaşlıq ölkədə kənd təsərrüfatı sektorunun modernləşməsinə və gənc mütəxəssislərin bu sahəyə cəlb edilməsinə mühüm təsir göstərəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights