ELAZ.İNFO xəbər verir ki, Rusiya hökuməti daxili bazarda yanacaq qıtlığının qarşısını almaq və qiymətləri sabit saxlamaq üçün kəskin addım atır. Baş nazirin müavini Aleksandr Novak Energetika Nazirliyinə 1 aprel 2026-cı il tarixindən etibarən benzin ixracının qadağan edilməsi barədə qərar layihəsi hazırlamağı tapşırıb.
Bu, məhdudiyyət həm yanacaq istehsalçılarına, həm də treyderlərə (ticarətçilərə) şamil ediləcək. İlkin məlumatlara görə, ixrac qadağası 31 iyul 2026-cı il tarixinədək qüvvədə qalacaq. Hökumətin bu qərarı bir neçə mühüm amillə bağlıdır: Yaz-yay mövsümündə artan tələbatı qarşılamaq. Ölkə daxilində yanacaq qiymətlərinin proqnozlaşdırılan həddən yuxarı qalxmasına imkan verməmək. Dünya bazarında neft məhsullarının qiymətinin kəskin artması fonunda daxili resursları qorumaq.
Xatırladaq ki, hazırda Rusiyada treyderlər üçün müvəqqəti ixrac qadağası qüvvədə olsa da, istehsalçılar üçün müəyyən istisnalar mövcud idi. Aprelin 1-dən isə qaydalar hər kəs üçün sərtləşdirilir.
Ruslan MƏMMƏDOV