Andrey Rudenko: -“Ölkələr ikitərəfli ticarətdə yeni yüksək səviyyəyə çata bilər”

14 APREL, ELAZ.İNFO

ELAZ.İNFO xəbər verir ki, qlobal ticarət müharibələri fonunda Rusiya-Çin əlaqələri güclənə bilər. Yüksək səviyyəli rusiyalı diplomat Andrey Rudenko bildirib ki, “ölkələr ikitərəfli ticarətdə yeni yüksək səviyyəyə çata bilər”.

Yanvarın sonunda Çin Prezidenti Si Cinpinlə video danışıq zamanı Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin ilk 11 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin bir il əvvəlki ilə müqayisədə 7% artaraq, 220-245 milyard dollara çatdığını bildirib.

Putin bildirib ki, “Çin Rusiyanın əsas ticarət tərəfdaşıdır, Rusiya isə Çinin beşinci ən böyük ticarət tərəfdaşıdır”.

Çinin gömrük məlumatlarına görə, Rusiya ilə ticarət 2024-cü ildə bir əvvəlki ilə nisbətən 1,9% artaraq rekord həddə – 244,81 milyard dollara çatıb.

Rusiyadan idxal faktiki olaraq dəyişməyərək 129,32 milyard dollar təşkil edib. Rusiyaya ixrac 4,1% artaraq 115,49 milyard dollara çatıb.

  Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights