ELAZ.İNFO xəbər verir ki, Binəqədi ərazisində yerləşən CROSSWAY hotelində 16 yaşlı yeniyetmə anasını qətlə yetirib.
Hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki hotellərin birində baş verib.
Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü Ayxan Qasımlı anası, 1989-cu il təvəllüdlü Əsmət Qasımovanı hoteldə yaxalayıb. O, anasına bıçaqla çox sayda xəsarət yetirərək qətlə yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən A.Qasımlı saxlanılıb.
Aydan