ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Gömrük Xəstəxanasında ürək açan bir hadisə baş verib. Belə ki, anadan olduğu gündən çox nadir və mürəkkəb ürək qüsurlarıyla dünyaya gələn gənc xəstə öz sağlamlığına qovuşub. Ona bu yolda əl uzadan isə tanınmış kardioloq doktor Rəşad Mahmudovdur.
Doktor Rəşad Mahmudov söyləyir ki, “Xəstəmiz Saleh Bərdənin Mirzəxan kəndindəndir. O anadan olduğu gündən çox nadir və mürəkkəb ürək qüsurlarıyla dünyaya gəlib: #TGA tipli #Fallot tetradası ilə birlikdə seyredən #PulmonarAtreziya və qalxan #AortanınAnevrizması. Bu diaqnozlar dünyada həm anatomiya, həm əməliyyat, həm də qərar baxımından bəlkə də ən çətin müştərək anadangəlmə ürək qüsurlarından sayılır”.
Doktor bildirir ki, “İllərlə bu vəziyyətdə əməliyyatın mümkünsüzlüyü deyilmişdi. Ancaq son günlərdə vəziyyətinin kəskin ağırlaşması səbəbilə xəstəxanamıza gətirildi. Artıq seçim qalmamışdı. Biz xəstə və komanda olaraq bir-birimizə güvənərək bu ağır əməliyyatı girməyə qərar verdik. Və çox şükür ki, bu gün Saleh sağ-salamat yanımızdadır və sabah onu evinə yola salırıq”.
İlahə BAYINDIR