Ana dili hər cür əqli inkişafın əsasını təşkil edir və bütün biliklərin xəzinəsidir

Regionlarda (kənd uşaq bağcalarında) uşaq bağcalarında rabitəli nitqinin inkişafı üzrə iş

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra təhsil sahəsində də dövlət siyasətinin və aparılan islahatların son məqsədi dərin və hərtərəfli biliyə, bacarığa, nitqə, yiyələnmiş vətəni, milləti sevən vətənimizi dünyanın inkişaf etmiş demokratik hüquqı dövlətə cevirməyə qadir bəşəriyyətin gələcəyinin qurucusu olan şəxsiyyət yetirməkdir.

Müasir dövrdə uşaqların düzgün nitqə malik olan şəxsiyyət kimi tərbiyə edilməsində körpələr evi uşaq bağçalarının rolu böyükdür. Beləki, etniq qruplarda müxtəlif ləhcələrdə olan uşaqlar bir yerdə təlim-tərbiyə alırlar ki, pedaqoji işcilər tərəfindən öyrədilən düzgün nitqinin inkişafına köməklik edir. Nitqin sərbəst aydın ifadəli olması cəmiyyətin inkişaf dövrünün məhsuludur. Nitqın əsasını təşkil edən lüğət fondu, qrammatik quruluşu əsrlər boyu yaranır və illər ərzində müvəffəqiyyətlə cəmiyyətə xidmət edir.

Nitq ancaq insana məxsusdur. Beləliklə, cəmiyyət inkişaf etdikcə, nitqdə yeniləşir, zənginləşir, hərtərəfli inkişaf edir. Nitq təkcə insanın səsi və tələffüs edilmiş sözü deyil, o bütünlükdə insanın özüdür. Nitq mədəniyyəti xalqın ümumi mədəniyyətinin ayrılmaz bir hissəsidir. Müasir dövrdə çox geniş və zəngin elmi nailiyyətlərin qavranılmasında mənimsənilməsində yüksək nitq mədəniyyətinə yiyələnməyin nə qədər mühüm rol oynadığı həmişə diqqət mərkəzində durmuş, xüsusi ilə böyüməkdə olan nəslin təlim-tərbiyəsi ilə məşğul olan pedaqoq və psixoloqlar, müəllimlər və tərbiyəcilər düzgün rabitəli nitqə böyük əhəmiyyət verməlidirlər. Çünki uşaq nitq vasitəsi ilə onu əhatə edən mühitlə, ailə üzvləri, tərbiyəcilərlə, yoldaşları və başqaları ilə ünsiyyət yaradır.
Mədəni rabitəli nitq şəxsiyyətin qabiliyyətini, nəyə qadir olduğunu nümayiş etdirən ictimai meyardır. Ümumiyyətlə, rabitəli nitq mədəniyyəti istər şifahi, istərsə də yazılı nitqdə təbiilik, düzgünlük, məntiqlilik, təmizlik, münasiblik. məqsədə üyğunluq, zənginlik, aydınlıq, sadəlik, səlistlik, yığcamlıq, ifadəlilik, obrazlılıq, emosionallıq, gözəllik, incəlik, fikir ardıcıllığı, nəzakətlilik kimi normaları uşaqlara aşılanır və tələb edilir.

Şifahi yaradıcılığın uşaqda rabitəli nitqin formalaşmasında böyük əhəmiyyəti vardır. Bu uşağın nitqində nağıl, seyir, hekayə söyləməsində təzahür edir. Tərbiyəci uşaqların şifahi yaradıcılığına çox ehtiyatla diqqətlə yanaşmalıdır. Bu yanaşma kicik yaşlı uşaqların müstəqil yaradıcıllığında əqli, əxlaqi və estetik inkişafına böyük təsir edir. Səsli nitq tərbiyəci ilə məktəbəqədər yaşlı üşaqlar arasında, bilavasitə kontaktdır.


Nəqletmə- rabitəli nitqin bir hissəsin monoloji nitq üzrə işin ilkin və sadə nitq fəaliyyətidir. Bu zaman uşaqlar nitq rabitəliliyinə, söz ifadəliliyinə, bədii yaradıcılıq bacarırına yiyələnirlər.
Nağılların dili emosional bədii olmaqla yanaşı, spesifik gözəlliyə malikdir. Onun dili həm də anlaşıqlıdir. Uşaqlar onu tez mənimsəyir və yadda saxlayır. Nəqletmə nağıllardakı personajların fəaliyyəti ilə əlaqədar şəkillər üzrə mühasibə aparmaqla rabitəli nitqin bir hissəsi olan dioloji nitqin inkişafında böyük rol oynayır.
Müsahibə aparılan iş rabitəli şifahi nitqin inkişafına zəmin yaradır. Beləki, uşaqlar təkrar etmədə özləri sadə cümlələr qurur, öz yaradıcı təxəyyul fəaliyyətlərin inkişaf etdirirlər. Eyni zamanda, etnik qruplara məxsus olan uşaqlar, müxtəlif ləhcələrdə deyil, tərbiyəci və müəllimlərin öyrətdikləri düzdün rabitəli nitqlə öz fikirlərini ifadə etmiş olurlar. Nağil danışarkən tərbiyəci öz sözlərini dürüst, incə, xoşagələn tərzdə tələffüs etməlidir, obrazlı dili uşağa mənimsətmək üçün, düzgün nitqlə danışmalıdır. O elə ifadələr axtarıb tapmalıdir ki, onlar vasitəsilə nağılın məzmununu uşaqlara daha dəqiq, aydın və mənalı tərzdə catdıra bilsin. Uşaqların rabitəli nitqə necə yiyələndiklərini monoloji nitq ilə yoxladıqda şəkil üzrə mühasibə daha əlverişli vasitədir. Beləliklə, rabitəli nitq uşaqların cəmiyyətdə tərbiyə edilməsi üçün mühüm bir amildir.
Bütün verdiyimiz məlumatlardan belə qənaətə gəlmək olur ki, uşaq bağcalarında uşaqlar, bütün məşğələlər üzrə rabitəli nitqdən istifadə etməlidir. Bu da uşaqların düzgün rabitəli nitqə malik olmalarına müsbət təsir göstərir. Ana dili hər cür əqli inkişafın əsasını təşkil edir və bütün biliklərin xəzinəsidir.


Xanım YƏHYAYEVA
PSİXOLOQ. TƏCRÜBƏLİ BAĞÇA MÜDİRİ

Bizimlə oxuyun
Verified by MonsterInsights