Amerikalılar böyük fəlakətlə qarşılıq alacaq

ELAZ.İNFO xəbər verir ki,Əli Xamenei Amerikanın İrana hərbi müdaxiləsi ilə bağlı xəbərdarlıq edib və Trampın təslim olmaq təklifini rədd edib.

Dövlət mediasının yaydığı mesajda o, İranın hər hansı xarici təzyiqə və zorakı sülhə boyun əyməyəcəyini bildirib.

Əli Xamenei Amerika prezidenti Donald Trampın “şərtsiz təslim olmaq” çağırışına toxunaraq, onun təhdidlərini “vulqar” adlandırıb.

“Amerikalılar bilməlidirlər ki, istənilən hərbi müdaxilə, şübhəsiz ki, böyük fəlakətlə qarşılıq alacaq” – deyə Xamenei bildirib.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights