ElAZ.İNFO xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarında fiqurlu kankanların komanda turniri davam edir. Ritm rəqsi proqramından sonra ABŞ təmsilçiləri Medison Çok və Evan Beyts cütlüyü turnir cədvəlinə başçılıq edir.
Olimpiya çempionları olan Çok və Beyts cütlüyü 91,06 xal toplayaraq rəqiblərini geridə qoyublar. Yarışın ilk üçlüyü aşağıdakı kimidir: 1-ABŞ: Medison Çok, Evan Beyts (91,06 xal) 1-Fransa: Lorans Furnye-Bodri , 3-Giyom Sizeron (89,98 xal) 1.Böyük Britaniya: Layla Fir / Lyuis Gibson (86,85 xal) Gürcüstanı təmsil edən Diana Devis və Qleb Smolkin cütlüyü isə 78,97 xalla altıncı pillədə qərarlaşıb.
ABŞ cütlüyü artıq üçqat dünya çempionu və 2022-ci il Pekin Olimpiadasının qızıl mükafatçısı kimi böyük təcrübəyə malikdir. Fransız cütlüyündən Giyom Sizeron isə yeni tərəf-müqabili ilə ilk birgə mövsümünü keçirməsinə baxmayaraq, yüksək nəticə göstərməyi bacarıb.
Komanda yarışları çərçivəsində idmançılar fevralın 8-nə keçən gecə sərbəst rəqs proqramı ilə çıxış edəcəklər.
Ruslan MƏMMƏDOV