ELAZ.İNFO xəbər verir ki,Amerika hakimiyyəti hələ ki, Ukraynaya peyk kəşfiyyatı məlumatlarının verilməsini dayandırmaq niyyətində deyil.
Bu barədə “Foreign Policy” jurnalı Amerika prezidenti Donald Trampın administrasiyasına yaxın mənbələrə istinadən yazır.
“(Tramp administrasiyası – Ukraynanın Amerikanın peyk kəşfiyyatına çıxışını dayandırmayacaq. Bu peyk görüntüləri Ukrayna üçün açardır”, – məqalədə bildirilir.
Nəşr həmçinin hesab edir ki, Amerika Kiyevə əvvəllər göstərilən yardımın davamını təklif edə bilər.
Üstəlik, qeyd olunub ki, Tramp çox güman ki, Rusiya- Ukrayna müharibəsinin bitməsi üçün diplomatik səylərdə fəal iştirakını dayandıracaq və həm Kiyevi, həm də Moskvanı “tapşırdığı kimi etməməkdə” günahlandıracaq.
Natəvan BƏYDİLİ