Amerika İrana hücum üçün yaşıl işıq yandırıb

ELAZ.İNFO xəbər verir ki, İsrailin İrana hücumu səkkiz aydır hazırlanırdı və Amerika prezidenti Donald Tramp bu kampaniyaya açıq şəkildə qarşı çıxsa da, bağlı qapılar arxasında dəstəkləyirdi.

“Axios” iki İsrail rəsmisinə istinadə bildirir

“Amerika bizə yaşıl işıq yandırdı.” – deyə rəsmilərdən biri “Axios”a bildirib.

“Axios”un məruzəsinə görə, İsrail ordusu İranın nüvə bombası əldə etmə imkanının əvvəl düşünüldüyündən daha yüksək olduğunu düşünüb.

Məlumata görə, Tramp və İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi telefon danışıqları zamanı zərbə planlarını müzakirə ediblər.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights