Amerika İran Futbol Federasiyasının sədrinə viza vermədi

ELAZ.İNFO xəbər verir ki, uzun müddət əvvəl viza almaq üçün müraciət etmələrinə baxmayaraq, Amerika İran Futbol Federasiyasının sədri Mehdi Tac və federasiyanın katibi Hidayəy Mombiniyə viza verməyib.

Bu haqda İran mediası mlumat yayıb.

Onların dekabr ayında Amerikada keçirilməsi planlaşdırılan 2026 Dünya Çempionatının püşkatma mərasimində iştirak etmək üçün Amerikanın İrəvandakı səfirliyindən viza istədikləri bildirilib.

Qeyd edək ki, İran Futbol Federasiyasının başçısı Mehdi Tac, 10 il SEPAH-da fəaliyyət göstərib.

Emin AZƏRİ Ərdəbil

Bizimlə oxuyun
Verified by MonsterInsights