Amerika hələ İranın dağılmasında maraqlı deyil

Birləşmiş Ştatlarla İranın münasibətləri əvvəlki illərə nisbətən bu dəfə daha ciddidir. Son həftə Trampın Xamaneyiyə ünvanladığı məktub münasibətlərdə gərginliyi daha da artırdı. Tramp İrandan nüvə silahından imtinanı ultimativ şəkildə tələb etmişdir. İran Trampın məktubunu cavablayıb. –“Birbaşa danışıqlar olmayacaq”.

Tramp İrana görünməmiş zərbələr edəcəyini bildirir. Gözlənilir ki, Amerika və İsrail yaxın vaxtlarda İrana güclü zərbələr endirəcək. İransa hər ikisinə meydan oxumaqla hücuma cavab verəcək güclərinin olduğunu söyləyir, amma İran bir şeyi anlamalıdır ki, İranın dağılmasını Amerika istəyərsə bu onların əlində ən asan vurma cədvəli əməlidir. İran zatən barıt çəlləyi üzərində oturub. Türk əhalinin dəstəklənməsi İranın dağılması deməkdir. Əgər bu günə qədər İran dağılmayıbsa deməli, Amerika hələ İranın dağılmasında maraqlı deyil.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights