ELAZ.İNFO xəbər verir ki, Belarus Amerika ilə ikitərəfli münasibətlərin qurulması və gücləndirilməsi üzrə dialoq aparır.
Bunu Belarusun Amerikadakı müvəqqəti işlər vəkili Pavel Şidlovski bildirib.
P.Şidlovski jurnalistlərə bildirib ki,”Amerika tərəfi ilə dialoqumuz davam edir. Səfirlik, həmçinin Amerikanın ictimai təşkilatları, ekspert cəmiyyəti ilə dialoq aparır. Belarusa müəyyən maraq müşahidə olunur. Lakin diplomatiya sakitliyi sevir, ona görə də hazırkı mərhələdə daha çox şey deyə bilmərəm”.
Aydan ŞƏRBƏTOVA