Almaz Cəfərovanın evində təhlükəsizlik kameraları quraşdırılıbmış

ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda gəlini tərəfindən qətlə yetirilən qadınla bağlı təfərrüatlar məlum olub.

Belə ki, 4 oğlu və 2 qızı olan Almaz Cəfərova uzun müddət tənha yaşayırmış. Onun oğlan övladlarının Rusiya Federasiyasında yaşadığı bildirilir. Bir müddət əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan gələrək mərhumla eyni evdə yaşamağa başlayıb.

Mərhumun yaxınlarının sözlərinə görə, Almaz Cəfərova tək yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra yaxınları kamera görüntülərinə baxarkən ahıl qadının qətlə yetirildiyini müəyyən ediblər.

Sevinc Qasımova

Bizimlə oxuyun
Verified by MonsterInsights