Almaniyaya maye qaz idxalının 95%-i ABŞ-ın payına düşür

ELAZ.İNFO xəbər verir ki, Almaniyada fəaliyyət göstərən AFD partiyasının iqtisadi siyasət üzrə müşaviri iqtisadçı Yuri Kofner televiziya ilə çıxışında bildirib ki, “2022-ci ilin yanvarınadək Almaniya və Avropa siyasətçiləri Almaniyanın Rusiya qazından asılılığını kəskin tənqid edirdilər. Almaniya, həqiqətən də, Rusiya qazından asılı idi – ölkənin qaz idxalının ~40%-i Rusiyanın payına düşürdü”.

Yuri Kofner onu da qeyd edib ki, “hazırda Almaniyanın cəmi qaz idxalının 45%-i, o cümlədən maye qaz idxalının 95%-i ABŞ-ın payına düşür və bu qaz Rusiya qazından 2-3 dəfə bahadır. Lakin siz bu faktı tənqid edən bir siyasətçinin də səsini eşidə bilməzsiniz”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights