Almaniyada plastik cərrahiyyə üçün yeni qayda: “Əvvəl və Sonra” fotoları qadağan edilib

ELAZ.İNFO xəbər verir ki, Frankfurt Ali Regional Məhkəməsi kosmetik əməliyyatdan sonra çəkilmiş “Əvvəl və Sonra” fotolarının sosial mediada paylaşılmasını qadağan edərək, onları ədalətsiz rəqabət hesab edib.
Almaniya məhkəməsi rinoplastika əməliyyatı keçirən xəstələrin fotolarının dərc olunmasını qadağan edən qərar qəbul edib.

Almaniyada diqqətəlayiq qərar ədalətsiz rəqabət iddiası ilə məhkəməyə verilən şikayətlə başlayıb. Şikayət yerli məhkəmə tərəfindən rədd edildikdən sonra iş Frankfurt Ali Regional Məhkəməsinə təqdim edilib.

Frankfurt Ali Regional Məhkəməsi plastik cərrahın xəstənin rinoplastikadan sonrakı transformasiyasını sosial mediada paylaşmasını ədalətsiz rəqabət hesab edib və transformasiya fotolarının dərc olunmasını qadağan edib.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights