ELAZ.İNFO xəbər verir ki, Almaniyanın Saksoniya əyalətinin Qrimma şəhəri yaxınlığında alman ordusuna aid olduğu iddia edilən helikopterin qəzaya uğradığı bildirilir.
Almaniya mətbuatının məlumatına görə, qəzaya uğrayan helikopterin hissələri Mulde çayında tapılıb.
Məlumatlara görə, hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib, dağıntıları çıxarmağa və itkin düşmüş heyətin axtarışına başlayıb.
Hadisə yerindən külli miqdarda yanacağın sızdığı və qalıqların çayın ortasında, çətin əldə edilən yerdə olduğu bildirilir.
Almaniyanın DPA xəbər agentliyi Leypsiq polisinə istinadən xəbər verir ki, hadisə yerinin ətrafında hərbi təcrid zonası yaradılıb.
İlahə BAYINDIR