ELAZ.İNFO xəbər verir ki, Rusiya dronları Amerika və NATO-nun silah tədarük marşrutlarını Şərqi Almaniyada izləyir.
Bu barədə məlumatı “The New York Times“ nəşri Amerika və Avropa hərbi rəsmilərinə istinadən verib.
Məqalədə bildirilir ki, Amerika və Avropa hərbi rəsmiləri Rusiya tərəfindən həyata keçirilən sabotaj aktlarının azalmasına baxmayaraq, bu uçuşlar barədə artan narahatlıqlarını ifadə edirlər.
Nəşrin yazdığına görə, bəzi hallarda İran istehsalı olduğu bildirilən və ehtimal ki, Baltik dənizindəki gəmilərdən buraxılan dronlar Ukraynaya silah tədarüklərini izləmək üçün istifadə olunur.
Amerikalı və alman rəsmilər narahatdırlar ki, Rusiya bu yolla yalnız tədarük barədə məlumat əldə etməklə kifayətlənməyib, həm də bu məlumatdan sabotaj məqsədilə istifadə edə bilər.
Aydan