Almaniya XİN başçısı Kiyevdə səfərdədir

ELAZ.İNFO xəbər verir ki, bu gün Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevə elan olunmamış səfər edib.

Y.Vadefuhl Almaniya hökumətinin Ukraynaya dəstəyə tam fokuslanmağı, cümlədən müasir hava hücumundan müdafiə vasitələri və digər silahlarla təminatı, humanitar və iqtisadi yardımı davam etdirəcəyini bildirib. O, həmçinin Almaniyanın Aİ və G7-dəki tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcəyini iddia edib.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights