Almaniya isə İsrailə ən çox silah verən 2-ci ölkədir

Almaniya kansleri Fridrix Mertz sinaqoqda Holokostdan sağ çıxan Reyçel Salamanderin sözlərini oxuyarkən göz yaşlarını saxlaya bilməmişdi (videoda). Jurnalist ondan bunun səbəbini soruşanda deyib:

-“Uşaqların əzabları haqqında danışmaq mənim üçün çətindir. İstəyirəm ki, ölkəmiz uşaqların, o cümlədən yəhudi uşaqlarının təhlükəsiz yaşaya və böyüyə biləcəyi bir yer olaraq qalsın.”

Kansler Holokostun dəhşətlərini xatırladığını və belə bir şeyin bir daha təkrarlanmamasını təmin etmək üçün məsuliyyət hiss etdiyini qeyd edib.

Bunlar hamısı artistdir?!! A kişi, hal-hazırda Qəzzada Holokost təkrar olunur, hər saatda güllədən, mərmidən, aclıqdan, ya dərmansızlıqdan 3-4 uşaq ölür. Almaniya isə İsrailə ən çox silah verən (satan yoxa) 2-ci ölkədir.

80 il əvvəlki yəhudi uşaqlar üçün göz yaşı tökürsənsə, 2 ildir sənin köməyinlə sionistlərin öldürdüyü, aclığa, xəstəliklərə məhkum etdiyi fələstinli uşaqlar insan deyil?!

P.S. Mertzin babası Yozef Paul Sovinyi nasist partiyasının üzvü və SA (Sturmabteilung) zabiti olub, Hitler dövründə Brilon şəhərinin burqomistri vəzifəsində çalışıb. Atası Yoahim Mertz isə 3-cü Reyx (Hitler Almaniyası) ordusunda döyüşüb.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights