ELAZ.İNFO xəbər verir ki, “Die Zeit” qəzetinə müsahibəsində Almaniyanın xarici işlər naziri İohann Vodeful bildirib ki, İsrailə silah tədarükünü davam etdirəcəyik.
“Mən həmişə demişəm ki, prinsipcə biz İsrailə silah veririk. Əvvəlki Almaniya hökuməti təchizatı azaldıb, bunu o zaman düzgün hesab etmirdim. Almaniyanın birinci kansleri Konrad Adenauerdən başlayaraq, bütün hökumətlər İsraili silahla təmin edib və biz, əlbəttə ki, bunu davam etdirəcəyik”, – Vadeful deyib.
Natəvan BƏYDİLİ