Allahdan küsən sərçə…

Sərçə Alahdan küsmüşdü, günlər keçirdi, amma sərçə heç bir şey söyləmirdi. İçinə qapanmış, dərin bir hüznə boğulmuşdu. Artıq Rəbbinə heç bir şey demir və onunla danışmırdı.
Mələklər maraqla Allahdan sərçəni soruşur və hər dəfə də Allah, mələklərə “o gələcək” deyə cavab verirdi. Çünki onun səsini eşidən yeganə qulaq mənəm və onun kiçik qəlbindəki dərdini anlayan da təkcə mənəm deyirdi.
Bir müddətdən sonra sərçə, qəlbi hüzn, gözü yaşla dolu bir halda bir ağacın budağına qondu. Heç bir şey söyləmədən, ancaq səssiz-səssiz gözləyirdi.
Allah sərçəyə səsləndi. “Söylə mənə, canını sıxan və qəlbini hüznə boğan dərdin nədir sənin?”
Mələklər sərçə nə söyləyəcək deyə ona baxırdı. Sərçə məhzun, bir az da sitəmli səs tonu ilə dedi: “Kiçik bir yuvam vardı, yorulanda dincəldiyim, üzüldükdə sığındığım bir yuvam. Heç kəsi narahat etmirdim. Bu nəhəng dünyada balaca bir yer idi. Kimsənin yerini dar etmirdi. Sən onu da mənə çox gördün. Nə idi o vaxtsız fırtına? Əsib yıxdı yuvamı və məni yuvasız qoydu” Artıq danışa bilmədi sərçə, sözlər boğazında düyünləndi.
Səssizlik Ərşi-Rəhmanı bürümüşdü. Mələklər başlarını əymiş, Allahın verəcəyi cavabı gözləyirdi. Allah dedi; sən o yuvanda dincələrkən səni ovlamaq istəyən bir ilan yuvana doğru gəlirdi, səni ilandan qorumaq üçün fırtınaya əmr etdim ki, yuvanı yıxsın. Beləcə sən də oradan uzaqlaşaraq ilandan qurtuldun. Məhəbbətimi səndən uzaqlaşdırdığım o qədər bəlalar var ki… Səni əhatə edən məhəbbətimi görmürsən, müvəqqəti bəlalara görə mənə düşmən olursan.
Sərçənin gözləri doldu və hönkür-hönkür ağlamağa başladı. Onu çox sevən Allahın şəfqət və mərhəmətinə heyran qaldı. Utancaq bir səslə: -“Əfv et Allahım” deyə bildi sadəcə…
-“Əfv et Allahım”
Başımıza gələn hər müsibətdə, əlbəttə ki, çox xeyirlər gizlidir. Rəbbimizə üsyan etmək yerinə, olanda xeyir vardı deyərək, şükr etmək lazımdır.
Allaha şükürlər olsun!

Sabina REYYAN

Bizimlə oxuyun
Verified by MonsterInsights