Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının üçüncü iclası keçirilib.
ELAZ.İNFO xəbər verir ki, Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələlərin “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (birinci oxunuş) və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (birinci oxunuş) müzakirəsi olduğunu bildirib.
Qanun layihəsi barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
Gündəlikdə duran ikinci məsələnin müzakirəsi zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılması təmin edilib.
Qanun layihəsi barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Ali Məclisin iclası başa çatıb.
Qeyd edək ki, Ali Məclisdə təcrübədə olan Naxçıvan Dövlət Universitetinin tələbələri də plenar iclasda iştirak edib, iclasın gedişini izləyərək qanunvericilik prosesinin praktiki mərhələləri ilə tanış olublar.