Alfonso Dominqes və Səidcəmşid Cəfərov 1/4 finaldadır

ELAZ.İNFO xəbər verir ki, İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatına sentyabrın 14-də yekun vurulacaq. Hələlik isə boksçular arasında gərgin oyunlar keçirilir. Azərbaycan boksçuları Alfonso Dominqes və Səidcəmşid Cəfərov (75 kiloqram) 1/4 finala çıxıb.

Sentyabrın 12-də keçiriləcək yarımfinalda Səidcəmşid Cəfərov özbəkistanlı Fazliddin Erkinboyevlə üz-üzə gələcək.

Səidcəmşid Cəfərovun ardınca Alfonso Dominqes braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Hər halda sabah ölkəmizə şad xəbərin gələcəyinə ümid edirik.  

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights