ELAZ.İNFO, BAKI, 26.05.2025.
ELAZ.İNFO xəbər verir ki,PKK terror təşkilatının İran qanadı olan PJAK tərksilah olmayacağını açıqlayıb.
Elaz.info bildirir ki, bu barədə Türkiyənin KİV məlumat yayıb.
“PJAK olaraq nə silahımızı yerə qoyacağıq, nə də özümüzü ləğv edəcəyik. PKK-nın buraxılma qərarı bizim yox, onlar üçün məcburidir. PJAK-ın bu məsələ ilə bağlı qərarı fərqlidir”, – Kərimi bildirib.
Xatırladaq ki, Abdullah Öcalan fevralın 27-də PKK-nı tərksilah olmağa və özünü buraxmağa çağırmışdı. Mayın 12-də toplanan PKK rəhbərliyi təşkilatın ləğv olunduğunu bəyan etmişdi.
Aydan ŞƏRBƏTOVA