Elaz.info xəbər verir ki, Ajda Pekkan həmkarlarından fərqli olaraq 1 Mayı fərqli şəkildə qeyd edib. Tükiyənin “Yurd” qəzeti yazır ki, məşhur sənətçi sosial media hesabında süni intellekt texnologiyasından istifadə edərək özünü işçi kimi təqdim edən görüntülərini paylaşıb.
Sənətçinin paylaşdığı süni zəka ilə yaradılan görüntülər arasında “Həkim Ajda Pekkan”, “Təmizlikçi Ajda Pekkan”, “Fermer Ajda Pekkan”, “Biçən Ajda Pekkan” və “Dəmirçi Ajda Pekkan” kimi işçilərin görüntüsü yer alıb.
Ajda Pekkan 1 Mayın mənasını və əhəmiyyətini vurğulayaraq “Əməksiz heç nə olmaz” mesajını da paylaşımına yerləşdirib.
Günel GÜNTAC