Ailəsi ürəyin çıxarıldığının şahidi olublar

ELAZ.İNFO Mynet-ə istinadən xəbər verir ki, İngilis qadın Türkiyədə kabus yaşadı! Zəhərlənərək öldü.

Türkiyəyə istirahətə gələn britaniyalı Bet Martin qidadan zəhərlənərək dünyasını dəyişib. Lakin onun cəsədi vətənə qayıdanda ailəsi şoka düşüb. Betin ürəyi onun bədənində deyildi. Ailəyə xəbər verilmədən çıxarılan ürəyin harada olduğu hələlik məlum deyil.

İngiltərənin Portsmut şəhərinin 28 yaşlı sakini Bet Martin aprel ayında ailəsi ilə birlikdə Türkiyəyə istirahətə gəlmişdi. Lakin o, İstanbula enəndən az sonra xəstələnib. O, xəstəxanaya aparılıb və bir neçə gün sonra dünyasını dəyişib.

Betin əri Luke Martin həyat yoldaşının ürəyində problem olduğunu və reanimasiyaya yerləşdirildiyini bildirib. Luke xəstəxananın skrininq testi üçün 2500 funt sterlinq ödəmə tələb etdiyini də söylədi. Həkimlər daha sonra Bethin öldüyünü elan etdilər. Ancaq Bethin cəsədi İngiltərəyə aparıldıqda ailəsi ürəyin çıxarıldığının şahidi olublar.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights