Müаsir dövrdə məкtəbin və ictimаiyyətin  üzərinə düşən vəzifələr

Ailə kiçik bir dövlətdir və müxtəlif xarakterli insanların bir-birinə hörmət, ehtiram, dəyər, sevgi ilə birgə yaşamalı olduğu kiçik bir topludur.

Ailə uşaqlarının sayının az və ya çox olmasına baxmayaraq, övladlarını xeyirxah, ədalətli, zəhmətkeş, qayğıkeş, namuslu insan kimi yetişdirməyə borcludur. Ailədə başlanan tərbiyə işləri daha sonra məktəbəqədər müəssisələrdə, məktəbdə və daha geniş çevrədə – uşaqların münasibətdə olduğu hər bir kəs (qohumlar, qonşular, tanışlar, yadlar) tərəfindən davam etdirilir. Eyni zamanda ictimaiyyətin ailələrə maarifləndirici yardımı günün vacib tələblərindəndir.

Məlumdur ki, hər bir xalqın özünəməxsus yüksək mənəvi dəyərləri, adət-ənənələri mövcuddur. Ölkəmizdə də həmişə mənəvi-əxlaqi dəyərlər daima yüksək qiymətləndirilmişdir. Bu adət-ənənələr özündə xalqın tarixini, dünyagörüşünü, min illərin sınağından çıxan və nəsillərdən-nəsillərə ötürülən zəngin mənəvi dəyərlərini birləşdirir. Demək olar ki, yaşadığımız cəmiyyətin əsas təməli ailədir və bu ailələrdə böyüyən hər bir məktəblinin tərbiyəsi üçün cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Ailə və məktəbin birgə fəaliyyətinin uşaqların tərbiyəsində aparıcı rol oynadığı inkarolunmaz həqiqətdir və günün aktual məsələlərindən biridir. Umumiyyətlə desək, məкtəb tərbiyə işlərinin əsаs mərкəzidir və  müаsir dövrdə məкtəbin üzərinə çox böyük vəzifələr düşür. Ona görə də, gənc nəslin tərbiyəsində, tərbiyə işlərinin vahid məcraya yönəldilməsində məktəb daha geniş əhatədə və daha geniş miqyasda fəaliyyət göstərməlidir. O cümlədən, məкtəb, аilə və ictimаiyyətin tərbiyə işlərinin əlаqələndirilməsinin bir çox üsul və yolları müəyyən edilmişdir. Bunlardan biri, bəlkə də ən birincisi, məktəbin valideynlər arasında maarifləndirici fəaliyyəti, pedaqoji təbliğatıdır. Məlumdur ki, Azərbaycan ailələrində nənə-babaların nəvələrinə təsiri güclüdür.o cümlədən, valideynlərin böyük əksəriyyəti müxtəlif peşə sahibləri, bir qismi işsizlər, evdar qadınlar və ya məsuliyyət hiss etməyən  şəxslərdir. Gənc valideynlərin böyük əksəriyyəti, xüsusilə də ata-anadan ayrı yaşayan gənc ailələr uşaqların tərbiyəsində çətinlik çəkirlər. Bəs onda bu halda uşaqların tərbiyəsində məktəb ailəyə necə kömək edə bilər?  Ailə tarixən ən mühüm tərbiyə ocağıdır, bu indi də belədir, yəni bu fikir dəyişilməz olaraq qalır.

Elm və texnikanın sürətli inkişafı hər bir sahədə olduğu kimi, hər birimizin həyatına daxil olaraq müxtəlif yaşda olan insanları kompüterdən asılı vəziyyətə salır, eyni zamanda ailə, məktəb və ictimaiyyətin fəaliyyətinə də öz təsirini göstərir. Dünyaya inteqrasiya etdiyimiz bir dövrdə, KİV və İT vasitəsilə əcnəbi mədəniyyət sürətlə həyatımıza daxil olduğu dövrdə uşaqların milli zəmində, milli adət-ənənələr ruhunda, xalq müdrikliyinə əsaslanan tərbiyəsi, bəlkə də, həmişəkindən daha vacib və aktual məsələdir.

İnternet və kompyüter faydalı məlumat mənbəyi olmasına baxmayaraq, uşaqlar yeniyetməlik və gənclik yaşına çatanda onların inkişaf və tərbiyəsinin acı nəticələri ilə qarşılaşacaqlar. Cünki, hamının alüdə olduğu internet və kompyüter ailədə, ictimаiyyətdə ünsiyyətin azalmasına, sosial münasibətlərin zəifləməsinə səbəb olduğu üçün, uşaqlar yaxınları ilə paylaşa bilmirlər. Məhz elə buna görə də,uşaqlar çox vaxt psixoloji cəhətdən çətinliyə düşür və həyata alışa bilmirlər. Bu da bir qisim uşaqların hələ kiçik yaşlarından fiziki cəhətdən qüsurlu, mənəvi cəhətdən “təklikdə” böyümələri ilə nəticələnir. Beləliklə, uşağın düzgün böyüyüb artmağından ötrü -Ailə və müаsir dövrdə məкtəbin və ictimаiyyətin  üzərinə düşən vəzifələr unudulur. Uşaq onu əhatə edən mühitlə tanış ola bilmir.

Qeyd etmək istəyirəm ki, valideynlərin pedaqoji biliklərə yiyələnməsində müəllimlərin,məktəb psixoloqlarının və ictimаiyyətin məsləhətləri çox faydalıdır. İlk növbədə məktəbdə  fəaliyyət göstərən sinif rəhbərləri, məktəb psixoloqları uşaqların böyüdüyü şəraitlə tanış olmalı, ictimаiyyətin uşaqların tərbiyəsindəki rolu haqqında danışmalı, tərbiyə etmək yollarını öyrətməkdə yardımçı olmalı, onları ailə və müаsir dövrdə məкtəbin və ictimаiyyətin üzərinə düşən vəzifələr haqqında bilgilərlə məlumatlandırmalıdırlar. Cünki, gənç ailələrin pedaqoji maariflənməyə ehtiyacları vardır. Bu baxımdan, bəzi valideynlər uşaqların biliklərə yalnız məktəbdə yiyələnəciyini zənn edirlər. Ancaq onlar unutmamalıdırlar ki, uşaqlar özlərinə məxsus olan ailənin ab-havasında böyüyür və tərbiyə alırlar. Valideynlər övladlarına mənəvi keyfiyyətləri, özlərində formalaşan səmimi münasibətlərini, mehriban rəftarları  ilə aşılamalı və bunu daima davam etdirməlidirlər. Öz övladları ilə aparılan müxtəlif oyunlar onları cəld, qüvvətli, şən, qayğısız, mehriban, ünsiyyətcil edir, əhvali-ruhiyyələrinə müsbət təsir etməsinə səbəb olur. Qeyd etmək istəyirəm ki, kiçik yaşlarından aparılan əyani oyunlardan (plastilin, rəngli qələm və s.)   istifadə uşaqlarda yaradıcılığa təşəbbüs göstərir, onların yaradıcılıq qabiliyyətləri artır. Onların oyun və hərəkətləri, eyni zamanda  münasibətlərində səmimi olmağın, mehribanlığın, dostluğun yaranmasına səbəb olur. Daima əyani oyunlardan istifadə edən uşaqlar şən, qayğısız, hərəkətsiz, diqqətdən kənarda qalan uşaqlar isə qaradinməz, inadkar olur, ətrafdakılarla çətin ünsiyyət qururlar. Belə olduqda ailə səbrli olmalı, bu oyunlara sadəcə əyləncə kimi deyil, uşaqları formalaşdırma vasitəsi kimi baxmalıdırlar.

Əgər ailə və müаsir dövrdə məкtəbin və ictimаiyyətin   üzərinə düşən vəzifələr, uşağın tərbiyəsinə xidmət edən tələblər qarşılıqlı və davamlı şəkildə yerinə yetirilərsə, uşaqların təlim-tərbiyə prosesindəki problemlərin bir qismi öz həllini tapmış olar. Müаsir dövrdə ailə, məktəb və ictimаiyyət arasindaki davamlı əlaqələr, onlar arasında olan səmimi münasibətlər  də mehribanlıq və məsuliyyət gətirir, öz vəzifələrini həvəslə yerinə yetirməyi öyrədir, uşaqları bir çox psixoloji qayğılardan, inamsızlıq duyğularından azad edir,  uşaqla müəllim və ya valideyn arasında sağlam münasibətləri formalaşdırır.

Əksinə, hər hansı problemləri olan uşaqlar bunları nəinki, valideynlərilə, həm də müəllimlərlə, ictimаiyyətlə də səmimiyyətlə paylaşa bilmir. Ailə, məktəb və ictimаiyyət usaqların yaşıdları ilə bağlı oyunlara, toplantılara cəlb etməli, şəhərimizin görməli yerlərinə, muzeylərə səyahət və ekskursiya, teatr tamaşalarına birgə baxış ailə üzvləri arasında həmrəylik formalaşdırır, onların yenı biliklər əldə etməsinə, dünyagörüşünün, yaradıcılığın artmasına, müstəqil düşünə bilməsinə imkan yaradır. Çox təəssüf ki, hal-hazırda bütün bu saydıqlarımı Pandemiya dövründə yerinə yetirmək mümkün deyil, lakin ailə, məktəb ictimаiyyət və arasindaki əlaqələrin müxtəlif formalarını həyata kecirmək olar:  valideynlər məktəbə gəlir(maskadan istifadə etməklə), dərslərdə iştirak edir, evdə uşağının görmədiyi tərəflərini dərs prosesində və yoldaşları ilə ünsiyyətdə görür, müəllimlərdən məsləhətlər alır, il ərzində bir necə dəfə keçirilən valideyn iclaslarında iştirak etməklə sinfin ümumi vəziyyəti ilə daha yaxından tanış olur və təlim-tərbiyələ bağlı digər məsələri də müzakirə edirlər. Bu işdə hər iki tərəf təlim-tərbiyə məsələlərində birlikdə, həvəslə və lazımi dərəcədə iştirak etməli, təcrübələrini birləşdirməlidirlər.

Ailə və məktəb arasindaki  münasibətlərin əlaqələndirilməsində aparılan işlər sırasında ictimаiyyət də mühüm rol oynayır.  Ailə və məktəb daima təlim-tərbiyə prosesində iştirak etməli, böyüyən övladlar parlaq gələcəyi naminə məktəblə əlaqə saxlamalıdırlar. Umumıyyətlə, ailələr məktəbin ictimai həyatında, müxtəlif problemlərin həllində maraqlı tərəf kimi iştirak etməyə çalışmalıdırlar. Bu bir danılmaz  həqiqətdir ki, tərbiyə işində əsas məsuliyyət, ağırlıq ailənin üzərinə düşür. Ona görə də, yaxşı ailə tərbiyəsi görənlər və valideyninin üzünü ağ edirlər.  Belə uşaqlar ağıllı, ədəbli, əməksevər, mənəvi cəhətdən sağlam, mədəni və səmimi  olurlar. Ona görə də müasir gəncləri şüurlu, dərrakəsi dərin, dünyagörüşü geniş görmək istəyiriksə, ailə tərbiyəsi məsələsini ön plana çəkməli və bu məsələyə ciddi yanaşmalıyıq. Bu baxımdan tərbiyə işi elə məqsədyönlü qurulmalıdır ki, övladların əxlaqi dəyərlərinə elə  dəqiq fikir verməlidirlər ki, sonda onlar peşmanlıq hissi yaşamasınlar. Onlar öz övladlarını elmli, mədəniyyətli, peşəkar olmaları üçün hələ kiçik yaş dövrlərindən hər bir hərəkətlərinə, davranışlarına, dostluq etdiyi adamlara fikir verməlidirlər.

Müasir dövrümüzün digər mühüm problemlərindən biri də pеşəyönümünə etinasızlıqdır. Məsələ bundadır ki, bir çox ailələr elmdən daha çox, müəyyən sənətə və peşəyə həvəsi olan uşaqların da istəyini düzgün qiymətləndirmir, calışırlar ki, onları  ali təhsil almağa sövq etsinlər. Adətən  məktəb “dərsdə fəal olmayan” uşaqlara etinasız yanaşır, onların müxtəlif peşə və sənətlərə yiyələnməsinin vacibliyini diqqətə almırlar. Ona görə də hal – hazırda ölkəmizin bugünkü durumunda bir çox sənət və peşə adamlarına tələbatın olduğu halda belə, peşə məktəblərində oxumaq, sənətə yiyələnmək istəyənlər çox azdır. Hesab edirəm ki, ailə, məktəb və ictimаiyyət  bu işdə də uşaqlara yardımçı olmalı, onların sevdikləri peşə və sənətlərə yiyələnmələrində güc və imkanlarını nəzərə almaq lazım olduğunu bildirməlidirlər.

Təlim-tərbiyə insan psixologiyasını formalaşdıran mühüm amil olduğundan onu düzgün yönəltmək lazımdır. Axı uşaqların baxışları, qavrayışı, nitqi, ailə tərbiyəsi və mədəniyyəti eyni deyil. Ona görə də tərbiyə işi hər bir məktəb kollektivindən pedaqoji ustalıq tələb edir. Beləki, pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalı, ailə həyatları, məişətləri ilə yaxından tanış olmalıdırlar. Müasir dövrün tələbləri ailə və məktəbin üzərinə ciddi vəzifələr qoyur.Ümumiyyətlə, gənc nəsil ailədə, məktəbdə və ictimаiyyətdə formalaşır, mühitdə inkişaf edir. Qazandığı uğurları iş prosesində-peşədə, sənətdə davam etdirərək xalqa, doğmalarına fayda verir.

İctimai mühitin də, kollektivin də, rəhbərliyin də, dostların da gənclərin tərbiyəsində rolu hədsizdir. Bunun üçün düşdüyümüz mühitin demokratik olması əsas şərtlərdəndir ki, bu da gəncliyin sağlam inkişafına təkan verir. İctimaiyyət özü bir ailədir, yəni ailənin böyüdülmüş formasıdır. Deməli, ailəsini sevənlər cəmiyyətini də, vətənini də, xalqını da sevir. Bu, danılmaz bir həqiqətdir. Tarix sübut etmişdir ki, ictimaiyyət hər bir kəsin haqqını özünə çatdırır. Odur ki, müasir gəncliyin ürəyi vətən üçün döyünməlidir. Uşaqların tərbiyəsində məktəb çox böyük və vacib bir rol oynayır, çünki ailədən sonra bütöv və sosial cəhətdən fəal bir şəxsiyyətin formalaşmasına təsir göstərən ən vacib və sosial baxımdan əhəmiyyətli qurumlardan biridir. Üstəlik, səmərəlilik  birbaşa ailə, məktəb və ictimаiyyətin üzərinə düşən qarşılıqlı-birgə vəzifələrinin həlli, valideynlərin və müəllimlərin, eyni zamanda ictimаiyyətin bir-biri ilə sıx əlaqədə olmasından asılıdır.

 

Esmira RƏHİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir