Ailə məktəbi çərçivəsində “Qadın sağlamlığı və analığa hazırlıq” mövzusunda təlim keçirildi

ELAZ.İNFO xəbər verir ki, bu gün “Sağlam Gələcək Naminə” QHT Koalisiyası tərəfindən “Ailə məktəbi” çərçivəsində 7 saylı Rabitə və informasiya texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilmişdir.
Həkim Günel Hacızadə tərəfindən “Qadın sağlamlığı və analığa hazırlıq mövzusunda geniş maarifləndirmə işi aparılmış, koalisiyanın sədri, ailə məsləhətçisi Nərminə Qəribova tərəfindən isə gənc qızlara Azərbaycan xalqının ən böyük dəyəri olan ailələrin qorunmasında məsuliyyətimiz, dövlətin təməli olan ailələrin qorunmasında vətəndaş borcumuz, ailədə qadın və kişinin rolu” boşanmaların uşaqların həyatına təsiri, ailə münaqişələrinin əsas səbəbləri, ailədə rəhbər anlayışı, boşanmanı vacib edən hallar, boşanmaya səbəb olan yalnış düşüncələr və evliliyin ilk beş ilində vəziyyətin idarə olunması, üçün vacib amillərdən danışdı. Diskusiyya şəklində keçirilən tədbir gənc qızlar tərəfində maraqla qarşıladı.

 

Nərminə Qəribova bildirdi ki, bu gun vətənini, xalqını sevən hər bir insan milli mənəvi dəyərimiz olan insanın sağlam yetişməsi, üçün sağlamlığı vacib olan ailələrin möhkəmləndirilməsində fəal iştirak etməlidir.

 

Esmira RƏHİMOVA

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights