ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycan dövlətçiliyinin və ailə dəyərlərinin parlaq nümunəsi olan möhtərəm Prezident cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın 43 illik ailə həyatının ildönümüdür.
Bu birlik sadəcə iki insanın ailə bağları deyil, bu, sədaqətin, qarşılıqlı hörmətin, mənəvi bütövlüyün və Vətənə xidmət ruhunun vəhdətidir. Onların ailə nümunəsi Azərbaycan cəmiyyətində ailə institutunun möhkəmliyini, milli-mənəvi dəyərlərə sədaqəti və dövlətə bağlılığın ən ali formasını təcəssüm etdirir. Bu 43 il ərzində bir-birinə dayaq olan, çətinliklərdə birlik, uğurlarda həmrəylik göstərən bu ailə həm də xalq üçün örnək bir həyat yoludur. Dövlətçilik məsuliyyəti ilə ailə dəyərlərini vəhdətdə qorumaq hər kəsə nəsib olmur, bu, böyük mənəvi zənginliyin göstəricisidir.
Uca Allahdan bu nurlu ailəyə möhkəm cansağlığı, uzun ömür, daim birlik və xoşbəxtlik arzulayırıq. Qoy bu ailə səadəti Azərbaycan xalqına daim güc, inam və sabaha ümid versin.
Əli İbrahimov