ELAZ.İNFO xəbər verir ki, Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında ali təhsilin keyfiyyəti və diplomların/sertifikatların qarşılıqlı tanınması ilə bağlı razılaşma əldə olunub.
Hər iki ölkə qarşılıqlı olaraq bu ilin iyun ayının 9-da bunu qanuniləşdirib. Razılaşmaya əsasən Gürcüstanın diplom və sertifikatları Çində, Çinin də diplom və sertifikatları Gürcüstanda tanınacaq. Bəs bizim ölkəmizdə vəziyyət necədir? Elm və Təhsil Nazirliyi görəsən son illər dünyanın hansı aparıcı dövləti ilə qarşılıqlı tanınmaların təsdiqlənməsi ilə bağlı razılıq əldə edib? Hər halda maraqlıdır.
P.S. Elm və Təhsil Nazirliyi DİM-in, orta məktəblərdə baş verən qanunsuzluqların şokundan özünə gələ bilirmi? Biri səhf suallar və səhf cavablarla oynayır, digərləri müxtəlif adlar altında pul qamaralayır, bunları görən az yaşlı məktəbli qızlar dərsdən yayınır, ya qaçır, ya qaçırılır, oğlanlar ölür, ya öldürülür, nə bilim ağlımın almadığı yüz sual və yüz cavablar…. Kimdir günahkar?
İlahə BAYINDIR